...

Azərbaycanda üzüm yığımı təxminən 80 min ton təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2005 12:08 (UTC +04:00)

Kənd Təsərrüfatı nazirliyinin operativ məlumatına əsasən, 2005-ci ilin əvvəlində 79 654 ton üzüm yığılıb ki, bu da 2004-cü illə müqayisədə 24 754 ton çoxdur. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

2005-ci il ərzində üzüm yığımının proqnoz göstəricisi 70 min ton həcmində müəyyənləşdirilsə də, yeni üzüm plantasiyalarının yaradılması ilə əlaqədar yüksək məhsuldarlıq müşahidə olunub.

"Hər il əkin sahələrinin artması ilə əlaqədar 2006-cı ildə də yüksək məhsuldarlıq gözlənilir", - deyə nazirlikdə vurğulayıblar.

Bu il 9641 ha sahənin 7355 ha-da məhsul yığılıb. 2004-cü ildə 7,9 min ha üzüm plantasiyasından 54 min 900 ton üzüm yığılmışdı.

Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Cəlilabad, Qazax, Xanlar, Kürdəmir və Tovuzda yeni plantasiyaların salınmasını nəzərdə tutan, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına əsasən, hər il 100-150 ha yeni üzümlüklər salınır, Xanlar, Cəlilabad və Şamaxı rayonlarında isə Fransadan gətirlmiş üzüm növləri yetişdirilir.

Xəbər lenti

Xəbər lenti