...

Beynəlxalq Epizootik Büro və Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi ölkədə "quş qripi"nin yayılması barədə şaiyələri rədd edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2005 12:38 (UTC +04:00)

Beynəlxalq Epizootik Büro və Türkiyənin Kənd Təsərrüfatı və kənd işləri Nazirliyi Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Azərbaycanın Türkiyə ilə həmsərhəd rayonlarında "quş qripi" ilə bağlı yaranmış vəziyyətlə bağlı şaiyələrlə bağlı sorğuya cavabı şərh ediblər. Trend in məlumatına görə, bu barədə dekabrın 30-da Dövlət Baytarlıq Xidmətinin yaydığı pree-relizdə bildirilir.

Bu günlərdə Türkiyənin KİV-də NMR-nın Türkiyənin İqdır rayonu ilə həmsərhəd rayonlarında "quş qripi"nin mövcudluğu, eləcə də Aralıq yaşayış məntəqəsində artıq 300 quşun məhv olması barədə məlumatlar yayılıb.

Press-relizdə qeyd edilir ki, Beynəlxalq Epizootik Büronun və Türkiyənin Kənd Təsərrüfatı və kənd işləri Nazirliyinin cavabında bildilir ki, bu quşların həloak olması adıçəkilən virusla əlaqədar deyil. Onların ölümünə səbəb zəhərlənmə olub.

Xəbər lenti

Xəbər lenti