...

2006-cı ildə Milli Bank banklarda risqlərin azaldılması üçün monitorinqləri sərtləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2006 17:09 (UTC +04:00)

Azərbaycanı Milli Bankı 2006-cı il üçün pul siyasətinin əsas istiqamətlərini dərc edib. Trend in AMB-na istinadən yaydığı məlumata görə, onlar 2006-cı il üçün hökumətin büdcə siyasətinə, iqtisadi artımın proqnozlarına, makroiqtisadi sabitliyin saxlanması üzrə oriyentirlərə (birmənalı inflyasiya) və qeyri-neft sektorunun inkişafı prioritetlərinə əsaslanır.

Proqnozlara görə, cari ildə iqtisadiyyatın sıçrayışlı inkişaf dinamikası davam etdiriləcək, iqtisadi artım sürəti 30% artacaq və bu təkcə neft sektorunda 55% təşkil edəcək. Onun ÜDM-da payı 43% olacaq. Yüksək inkişaf dinamikası büdcə gəlirlərinin 70%-ə qədər artırılmasını nəzərdə tutur. Neft gəlirlərinin tərkib hissəsi sosial-iqtisadi inkişafa yönəlib ki, bu da pul kütləsinə və milli valyutanın kursuna təsir göstərən əsas amillərdir.

Bu zaman büdcə məxariclərinin 60%-i xarici valyuta ilə neft gəlirləri hesabıfna maliyyələşdiriləcək. Bu da valyuta bazarına böyük həcmdə xarici pul kütləsinin daxil olmasını güman etməyə imkan verir. Bunun nəticəsində pula olacaq tələbat artacaq və bu da öz növbəsində məzənnədə və istehlak qiymətlərində öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti