...

AMB 2006-cı ildə inflyasiya əleyhinə tədbirlər çərçivəsində struktur tədbirləri keçirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2006 19:58 (UTC +04:00)

AMB 2006-cı ildə inflyasiya əleyhinə tədbirlər çərçivəsində bir sıra struktur tədbirləri keçirmək niyyətindədir. Trend AMB-nin pul siyasətinin əsas istiqamətləri barədə məlumatına istinadən bildirir ki, Milli bank inflyasianın artım tempinin qeyri-monetar amillərinin yüksək əhəmiyyəti ilə bağlı bunlara zərurət olduğunu görür.Aparılmış təhlilə əsasən ötən il artımın yalnız 40%-i monetar amillər hesabına təmin edilib.

AMB struktur problemlərin həlli üçün fiziki və hüquqi şəxslərin öz sərmayələrini yüksək nüfuzlu xarici maliyyə aktivlərində yerləşdirmək icazəsi ilə ölkədən kapital ixracı rejiminin liberallaşdırılmasını təklif edir. "Hollandiya sindromu"na yol verilməməsi üçün əsas vəzifə qeyri-neft sektorunda artım tempinin sürətləndirilməsi olmalıdır. Bununla əlaqədar olaraq iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunda ikili artımın təmin edilməsi, işsizlik probleminin həlli və yeni iş yerlərinin açılması, sosial proqramların həyata keçimrilməsi tələb olunur.

Həmçinin hökumət səviyyəsində təbii inhisarçılardan (enerji, qaz, su və digər mal və xidmətlər üzrə) yığım əmsalının artırılması, dövlət zəmanəti olmadan dövlət müəssisələri tərəfindən xarici borcların məhdudlaşdırılması, büdcə vəsaitlərinin hər ay eyni bərabərdə xərclənməsi, orta müddətli investisiya proqramlarının tərtibi və buraya daha səmərəli investisiya layihələrinin daxitl edilməsi üzrə proqramların təsdiqi təklif olunur.

Milli bank öz növbəsində not emissiyaları həcminin genişləndirilməsi vasitəsilə pul kütləsi üzərində nəzarəti gücləndirmək niyyətindədir.

Noyabrda orta illik inflyasiya 9,8%, baza inflyasiyası - 7,5% təşkil edir. 2004-cü ilin ilin dekabrı ilə müqayisədə ötən ilin noyabrında inflyasiya 3,1% səviyyəsində idi. Analoji dövr ərzində Qazaxıstan (6,9%) və Rusiya (10%) kimi neft ölkələrində olan inflyasiya göstəriciləri müqayisə üçün göstərilir.

Xəbər lenti

Xəbər lenti