...

Agrolizing gübrələrin alınması üçün sığorta edən idarəni seçmək üçün tenderi bağlı elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2006 14:00 (UTC +04:00)

Agrolizing Açıq Səhmdar Cəmiyyəti alınan gübrəyə görə sığorta şirkətini müəyyən edib. Müəssisədən Trend ə verilən məlumata görə, sığortaçı şirkəti Alfa Insurance seçilib. Tender proseduraları dekabrın 21-də keçirilib. Tenderdə həmçinin, Standart Insurance və Atasigorta şirkətləri də iştirak edib.

"Alınan gübrələrin ümumi həcmi 25 min tondan artıqdır", - ASC-dən qeyd ediblər.

Bu, müəssisənin sığorta ilə bağlı elan etdiyi sayca ikinci tenderdir. Birinci tender 2005-ci ilin avqustunda müəssisənin maddi-texniki bazasının təmin olunması üçün alınan texnikanın sığortalanması ilə bağlı keçirilib. Tenderdə iştirak etmiş və qalib elan edilmiş üç sığorta şirkətindən (Alfa Insurance, Standart Insurance və Atasigorta) biri indi olduğu kimi Alfa Insurance qalib elan olunmuşdu.

Xəbər lenti

Xəbər lenti