...

Azərbaycan Milli Bankı dövlət büdcəsinə valyuta daxilolmalarının konversiya edilməsinə razılıq verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2006 14:21 (UTC +04:00)

Azərbaycan Milli Bankı (AMB) dövlət büdcəsinə valyuta daxilolmalarının konversiya edilməsinə razılıq verib. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Məlum olduğu kimi, xəzinədən xarici valyutadan vergi ayırmalarını neft şirkətləri, bütövlükdə fəaliyyət göstərən neft müqavilələrinin müqavilə subpodratçıları tərəfindən həyata keçirir. Buna müqavilələrlə yol verilir. Milli Bank artıq 8 aydan bəridir ki, bu daxilolmaların manata konversiya edilməsini dayandırıb. Və belə qərar antiinfilyasiya tədbirləri ilə izah edilir. Belə ki, lazımsız manat kütləsi inflyasiyaya səbəb olur.

Büdcədə konversiya prosesinin dayandırıldığı andan bəri büdcədə $113 mln, eləcə də subpodratçılar tərəfindən ödənilən 15 mln funt sterlinq toplanıb. Neft satışının yalnız Amerika valyutası vasitəsilə həyata keçirilməsinə baxmayaraq və bununla yanaşı, neft razılaşmaları ödənmələrin podratçıların və subpodratçıların təmsil etdikləri ölkələrin valyuta ilə ödənməsinə imkan verir. Dekabrın 20-də Maliyyə Nazirliyi və Milli Bankın əməkdaşları arasında keçirilən görüşdən sonra MB hər halda bütün məbləği 113 mln dollarda konversiya edib. Bu zaman məzənən müxtəlifliyi üzündən itikilər MB-nın hesabına ödənilib.

Xəbər lenti

Xəbər lenti