...

İqtisadi İnkişaf Nazirliyinin əsasnaməsinin dəyişdirilməsi zərurəti idarə strukturunun dəqiqləşdirilməsi ilə bağlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2006 19:32 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin (İİN) əsasnaməsinin dəyişdirilməsi zərurəti idarə strukturunun dəqiqləşdirilməsi ilə bağlıdır. "Əsasnamənin dəyişdirilməsi onun funksiyalarının dəqiqləşdirilməsi qədər mühümdür. Biz İİN-in strukturunun dəyişdirilməsi ilə bağlı təkliflər hazırlayırıq" -deyə iqtisadi inkişaf naziri Heydər Babayev Trend ə bildirib.

Onun sözlərinə görə, bəzi nazirlikləri birləşdirən struktur bir sıra funksiyaları itirib. "Məsələn, ticarət şəbəkəsində vəziyyət, malın keyfiyyətinə nəzarət, saxta mal satışına yol verilməməsi - bütün bu funksiyalar ticarət Nazirliyinin idi. Amma bunlar yoxa çıxdı, buna görə də biz bütün bunları yenidən qurmaq istəyirik" -deyə nazir bildirib.

Bu funksiyaların İİN-dən ayrılmalarına gəlincə, H.Babayevin sözlərinə görə, hələlik bu barədə söhbət getmir, çünki ayırmazdan öncə normal struktur yaratmaq lazımdır.

"O cümlədən bu gün İİN-dən antiinhisar departamentinin bölməsi fayda verəcəkmi? İndi bununla çətinliklə hesablaşırlar, bəs sonra necə olacaq" -deyə nazir öz qənaətini bildirib. Beynəlxalq maliyyə institutları (BMİ) tamamilə razılaşır ki, öncə antiinhisar struktrunun funksiyaları müəyyən edilsin, gücləndirilsin, sonra isə ayrıca struktur olsun. H.Babayev bəyan edib ki, hər halda, bu, BMİ-nin qərarı deyil, bunun məqsədəuyğunluğunu isə ölkə başçısı həll edir. Antiinhisar departamentinin səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı olaraq "rəqabət haqqında" Məcəlləsinin layihəsi hazırlanıb və artıq parlamentə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti