...

Targol "Azərboru" SC üzrə investisiya proqramının yerinə yetirilmə müddətinin uzadılması üzrə danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2006 14:16 (UTC +04:00)

"Azərboru" SC-ni (Sumqayıt boruprokat zavodu) özəlləşdirən Britaniyanın Targol Investment şirkəti öhdəliklərin yerinə yetirilmə müddətinin uzadılması ilə bağlı Azərbaycan hökumətilə danışıqlar aparır. Hökumətdən Trend ə verilən məlumata görə, üçillik investisiya proqramının yerinə yetirilmə müddəti 2006-cı ilin fevralında başa çatır, lakin şirkət investisiya planını tam yerinə yetirməyib.

Zavoda $50 mln məbləğində sərmayə cəlb etməyi öhdəsinə götürmüş Targol şirkətinin 3 illik fəaliyyəti ərzində qoyulmuş vəsait $12 mln təşkil edib.

Hökumətlə razılıq əldə olunduğu təqdirdə yeni müqavilənin imzalanması gözlənilir. Sərmayəçi "Azərboru"da poladtökmə kompleksinin yaradılması planı ilə əlaqədar sərmayə qoyuluşlarının həcmini artırmağı planlaşdırır. Şirkət öhdəliklərin vaxtında yerinə yetirilməməsini bu layihənin reallaşdırılmasında gecikdirmələrlə izah edir. Bunu nəzərə alaraq şirkət poladtökmə kompleksinin yaradılması və onun işə salınması üçün tələb olunan əlavə ikiillik müddətin verilməsi ilə bağlı hökumətə müraciət edib.

Xəbər lenti

Xəbər lenti