...

Azərbaycan mütəxəssisləri bu ölkədə "quş qripi"nin yayılması ilə bağlı Türkiyəyə yüola düşüblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2006 15:12 (UTC +04:00)

Azərbaycan mütəxəssisləri bu ölkədə "quş qripi"nin yayılması ilə bağlı Türkiyəyə ezam olunublar. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbərinin müavini Emin Şahbazovun Trend ə verdiyi məlumata görə, Xidmətin nümaynədə heyətinin Ankaraya səfərində məqsəd virusun regionun digər ölkələrinə yayılmasının qarşısının alınması məqsədilə aparılan tədqiqatlarda iştirak etməkdir. Mütəxəssislərin səfəri yanvarın 9-da başa çatacaq.

E.Şahbazovun sözlərinə görə, bununla eyni vaxtda Naxçıvan Muxtar Respublikasında epizootiya ilə mübarizə ekspedisiyasının rəisi Rafiq Muradov bu xəstəliyin respublika ərazisində yayılmasının qarşısının alınması məqsədilə respublikadadarı.

Qeyd edək ki, Türkiyənin İqdır vilayətinin Körpülər kəndində "quş qripi"nə yoluxmuş 1600 -ə yaxın quş məhv edilib. Yoluxma mənbəyi NMR-nın 40 km-dir. Bununla əlaqədar, Muxtar Respublikanın Türkiyə ilə sərhəddində virusun respublika ərazisinə daxil olmaması üçün gücləndirilmiş nəzarət həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti