...

Avropa Şurası "Aqrar-kredit"in özəlləşdirilməsinə hazırlığa yardım edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2006 14:45 (UTC +04:00)

2006-cı ilin aprelindən Avropa Şurası qeyri-bank kredit təşkilatı "Aqrar-kredit"in özəlləşdirilməsinə hazırlığa texniki yardım layihəsini reallaşdırmağa başlayacaq. "Aqrar-kredit"dən Trend ə verilən məlumata görə, layihənin 2006-07-ci illərdə reallaşdırılması nəzərdə tutulub.

Beynəlxalq təşkilatların və Azərbaycan hökumətinin tövsiyyələrinə görə, "Aqrar-kredit" qeyri-bank kredit təşkilatının fəaliyyəti onun gələcəkdə banka transformasiyası üçün nəzərdən keçirilməlidir. Lakin bununla bağlı müxtəlif fikirlər mövcuddur. Beynəlxalq Valyuta Fondu (BVF) əvvəlcə "Aqrar-kredit"in özəlləşdirilməsini, sonra isə onun bank strukturuna çerilməsini təklif edir. Avropa Şurası ilkin olaraq təşkilata bank lisenziyasının verilməsini tövsiyə edir. Trend məlum olduğuna görə, hökumət Avropa Birliyinin təklifini sərfəli hesab edir.

"Aqrar-kredit"in banka çevrilməsi 2006-cı il və 2007-ci ilin əvvəllərində nəzərdə tutulub. Beləliklə də, onun özəlləşdirilməsi ilkin məlumatlara görə, gələn il gözlənilir. Hökumətdə hesab edirlər ki, "Aqrar-kredit"in bazasında Aqrobankın yaradılana kimi ləğv elimiş 3 dövlət bankının borclarının həll olunması zəruridir. Bundan əlavə, "Aqrar-kredit"in büudcəsi 59 mlrd manat olmalıdır.

Bu borc kolxoz və sovxozların ləğv edilməsi zamanı yaranıb. Həmin vaxt kolxoz və sovxozların borcları silinərək yalnız bankla bağlı olan borclar qalıb. Bankların da kolxoz və sovxozlar kimi dövlətə məxsus olduğuna görə, bank borcları da dövlət büdcəsinə keçib. Hər il bu məsələ "Aqrar-kredit"in Müşahidə Şurasında müzakirələrin mövzusu olsa da, dövlət büdcəsi onların borclarının ödənilməsi üçün vəsait ayırmır. Hökumətdə belə hesab edirlər ki, hətta əgər Aqrobank yaradılsa belə, o. Artıq əvvəllər olduğu kimi olmyacaq, Bu, tam kommersiya bankı olacaq və kreditlər verəcək və buna görə də onların qaytarıla biləcəyinə heç olmasa 90% əmin olmaq lazımdır.

"Aqrar-kredit" 5 səhmdar - Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirdiyi, Dövlət meliorasiya və su təsərrüfatı, "Azərsığorta" Dövlət Şirkəti və Özəl kənd təsərrüfatına yardım Agentliyi (o artıq Kənd Təsərrüfatı Nazirliyinə tabedir) tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti