...

Azərbaycanın Baytarlıq Xidməti mütəxəssislərinin Türkiyəyə səfəri başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2006 15:16 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mütəxəssislərinin Türkiyəyə səfəri başa çatıb. Xidmətin rəis müavini Emin Şahbazov Trend ə bildirib ki, səfərin məqsədi həmin ölkədə "quş qripi"nin yayılması ilə bağlı olub. Səfər çərçivəsində mütəxəssislər bu xəstəliyin və onun qonşu regionlara yayılmasının aradan qaldırılması yolları kimi məsələləri müzakirə edib.

Xidmətdə qeyd olunub ki, hazırda Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində bu xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə nəzarət və gücləndirilməsi üçün epizootiya ilə mübarizə ekspedisiyasının rəisi Rafiq Muradov muxtar respublikadadır.

Qeyd edək ki, Türkiyənin İqdır vilayətinin Körpülər kəndində "quş qripi"nə yoluxmuş təxminən 1600 quş məhv edilib. Yoluxma mənbəyi NMR-in 40 km-də yerləşir. Bununla əlaqədar olaraq muxtar respublikanın Türkiyə ilə sərhədində virusun respublika ərazisinə keçməməsi üçün gücləndirilmiş nəzarət tətbiq olunub və eyni zamanda bununla bağlı müvafiq monitorinqlər aparılır.

Xəbər lenti

Xəbər lenti