...

2005-ci ildə Dövlət Gömrük Komitəsi 5,5 mindən artıq hüquqpozma faktı aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2006 18:53 (UTC +04:00)

2005-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 5526 hüquqpozma faktı aşkar edilib ki, bu da 2004-cü illə müqayisədə 2942 fakt çoxdur. Trend in verdiyi məlumata görə, bu barədə yanvarın 9-da DGK-nin yaydığı press-relizdə bildirilir.

Məlumatda bildirilir ki, bu faktlardan 154-ü cinayət xarakterlidir ki, nəticədə 146 nəfər şübhəli qismində saxlanılıb. (Onlardan 78 nəfəri Azərbaycan vətəndaşı, 67 nəfəri əcnəbi və 1 nəfər isə heç bir vətəndaşlığa malik olmayan şəxsdir).

Gömrük orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri də valyuta qanunvericiliyinin pozulmasına qarşı mübarizədir. Bu dövrdə gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi külçə və zinət əşyaları şəklində 13 kq 235 qram qızıl, 68 kq 232 qram gümüş, 30 karatlıq brillyant daşlar, $50 810 və 432 000 rus rublu tutulub.

Bundan əlavə, ölkə prezidentinin "Narkomaniya və narkotik madddələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 apvqust tarixli Fərmanı ilə ümumdövlət vəzifəsi hesab edilən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasını, habelə 2000-ci il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın icrasını təmin etmək məqsədilə sərəncamına müvafiq olaraq DKK hüquq-mühafizə orqanları ilə birgə apardıqlarıf əməliyyat tədbirləri nəticəsində 2005-ci ildə bu istiqamətdə 65 fakt aşkar edilib. Nəticədə 159 kq 161 qram narkotik ( 2004-cü illə müqayisədə 3 dəfə çox), eləcə də 9 kq 915 qram tiryək, 143 kq 613 qram marixuana, 5 kq həşiş, 631,9 qram heroin, 2781 vahid psixotrop maddə (ampul, kapsul və həb şəklində) aşkar edilərək məhv edilib.

Xəbər lenti

Xəbər lenti