...

Biznes mühitinin gücləndirilməsi üzrə komponent IBTA-2-dən çıxarıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2006 18:58 (UTC +04:00)

Biznes mühitinin gücləndirilməsi və korporativ idarəetmə strategiyasının işlənib-hazırlanması üzrə "Azərbaycanın institusional quruculuğuna texniki yardım" (IBTA-2) - DB-nin ikinci layihəsindəki son komponent layihədən çıxarıla bilər. Layihəni gerçəkləşdirən qrupda Trend ə bildirilib ki, layihənin başa çatdırılması ilə əlaqədar olaraq bank ölkəyə layihə çərçivəsində biznes komponentinin gerçəkləşdirilməsinə nəzərdə tutulmuş vəsaitlər nəzərə alınmaqla vəsaitə qənaətin dəqiqləşdirilməsini tövsiyə edib.

Baxmayaraq ki, bu komponentə məsləhətçi - Amerikanın Ernst & Young şirkəti artıq müəyyən edilib. Doğrudur, DB məsləhətçinin texniki tapşırığına dəyişikliklər edilməsini təklif edib, buna görə də İqtisadi İnkişaf Nazirliyi ilə müqavilə imzalanması gecikib. Dəyişikliklər edilərsə, yeni tenderin keçirilməsi tələb olunur. Bununla bağlı olaraq biznes mühitinin gücləndirilməsi üzrə komponentin gerçəkləşdiriləcəyi az ehtimal olunur. Həmin komponent iki ilə nəzərdə tutulub. Ernst & Young ilə müqavilə çərçivəsində işlərin dəyəri $1,1 mln. olaraq qiymətləndirilib.

Məsləhətçinin tapşırığına xarici investisiyaların cəlb edilməsi üçün strategiyanın işlənib-hazırlanması daxil idi. Bunun üçün xarici sərmayəçilərin maraqlı olduğu müəssisələrin müəyyən edilməsi üçün marketinq araşdırması nəzərdə tutulmuşdu. Həmçinin mənfi halların ləğv edilməsi, ticarət siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi, dünya bazarlarında Azərbaycan mallarının rəqabətə davamlılığının yüksəldilməsi, AR-də istehsalçılar üçün əlverişli şərait yaradılması üçün vergi, gömrük siyasətinin təhlil edilməsi planlaşdırılırdı.

Beləliklə, layihə öncə nəzərdə tutulmuş 10 komponentdən cəmi 4-nü əhatə edirdi. Gerçəkləşdirilənlər arasında dövlət idarəetməsinin gücləndirilməsi, dövlət maliyyə xərcləri üzərində nəzarət, sosial xərclərin dəyişdirilməsi və layihə tərəfindən idarə edilmə vardır. Dünya bankının $9,450 mln. (mübadilə fərqinə görə indi $11 mln.) həcmində kreditindən $5 mln.qənaət edilib.

Xəbər lenti

Xəbər lenti