...

Kənd Təsərrüfatı Nazirliyi: Azərbaycan Gürcüstana ev qnuşu və yumurta ixrac etmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2006 19:42 (UTC +04:00)

Azərbaycan Gürcüstana ev quşu və yumurta ixrac etmir. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən məlumat verilib. Məlumatda bəzi KİV-də Azərbaycandan, Rusiyadan, Ukraynadan və Türkiyədən "quş qripi"nin yayılması ilə əlaqədar ev quşlarının və yumurta ixracına qoyulan qadağa şərh edilir.

Xidmətdən bildirilib ki, müstəqil dövlət kimi Güyrcüstan digər ölkələrdən müxtəlif məhsulların gətirilməsinə qadağa qoymaq hüququna malikdir. Buna misal olaraq, Azərbaycan artıq bu virusun yayılması təhlükəsinin olduğu İrandan və Türkiyədən və digər ölkələrdən quş məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyub.

Xəbər lenti

Xəbər lenti