...

Azərbaycan, Rusiya və Ukrayna arasında qatarların hərəkət cədvəlinin dəyişdirilməsi üzrə niyyət protokolu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2006 19:57 (UTC +04:00)

2006-07-ci illərdə beynəlxalq sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklər Bakıda Azərbaycan, Rusiya, Ukrayna dəmiryolu idarələrinin nümayəndələri arasında müzakirə olunub. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmiryolundan məlumat verilib. İclasın yekunları üzrə hərəkət cədvəlinin dəyişdirilməsi ilə bağlı niyyət protokolu imzalanıb.

Görüş zamanı beynəxalq Samur buraxılış məntəqəsçindən səmərəli istifadə , günün işıqlı saatlarında Mahacqala-Qızılyurd-Qızlar marşrutu üzrə qatarların keçidinin təmin olunması, sərhəd və gömrük orqanları arasında münasibətlərin yaxşılaşdırılması məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti