...

Azərbaycan hökuməti və Yaponiyanın JBİC bankı yeni əməkdaşlıq mərhələsinə daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2006 13:38 (UTC +04:00)

Mart ayında Azərbaycan və Yaponiya hökumətləri arasında Yaponiyanın JBİC beynəlxalq əməkdaşlıq bankının vəsaiti hesabına ölkəyə texniki yardım haqqında sazişin imzalanması planlaşdırılır. Bu barədə Trend ə hökumətdən məlumat verilib. İndiyə kimi bank tərəfindən Azərbaycana yalnız maliyyə dəstəyi göstərilib.

Yaponiya bankının texniki yardım göstərəcəyi əsas istiqamətlər kiçik və orta sahibkarlığın inkişafı, su və energetika (alternativ enerji mənbələrinin yaradılması) sektorudur.

Hökumətdən qeyd edildiyi kmi, artıq bankın qrant vəsaiti hesabına bank sistemində menecerlərin hazırlanması layihəsinin həyata keçirilməsinə başlanılır.

Xəbər lenti

Xəbər lenti