...

Nazirlər Kabineti Rabitə Nazirliyinin mədaxil və məxariclərinin smetasını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2006 15:56 (UTC +04:00)

Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin təsdiq olunmuş büdcəsinə görə, Nazirliyin 2006-cı ildə mədaxili 147,1 mln yeni manat səviyyəsində planlaşdırılıb ki, bu da ötən il gözlənilən göstəricilərdən demək olar ki 5,8% yüksəkdir. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Bu zaman artım bütün istiqamətlərdə gözlənilir.

Şəhərlərarası və beynəlxalq rabitədən daxilolmalar 84,9 mln manat, poçt rabitəsindən 10,3 mln manat, teleqraf 0,7 mln manat, şəhər və kənd telefon rabitəsindən 22,6 mln manat, radioəlaqə və tele yayımdan 6,3 mln manat, radiotezliklərin qeydiyyata alınması və istismarından 1,9 mln manat, operatorlar arasında qarşılıqlı hesablamalardan 9 mln manat və s. təşkil edib.

Bu il Rabitə Nazirliyinin məxaricləri 6,5% artıb və 149 mln yeni manat təşkil edib. Bu zaman büdcə ayırmalarının payına 19,8 mln manat düşüb, Onlardan gəlirdən vergi qismində xəzinəyə 7 mln manat, ƏDV kimi 11,5 mln manat, əmlak vergisi 1,3 mln manat, torpaq vergisi 0,03 mln manat, əməkhaqqından ayırmalar 32,4 mln manat təşkil edib.

Bundan əlavə, artıq 3-cü ildir ki, hökumət Rabitə Nazirliyi üçün onların şəxsi vəsaiti hesabına ödənilən dövlət büdcəsindən dividendlər ayırır. Bu il onlar 3 mln manat həcmində proqnozlaşdırılır. 2005-ci ildə isə onun səviyyəsi 5 mln manat səviyyəsində idi. Baxmayaraq ki, son illər ərzində ilk dəfə olaraqa dövlət büdcəsindən Nazirlik üçün sübsidiyaların həcmi 0,12 mln manat müəyyən edilib.

2006-cı ildə Nazirlik kapital və maliyyə xərcləri üçün vəsait qoymaları 25 milyona qədər artırıb ki, 2005-ci ildə 23 milyon manat təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti