...

Azərbaycan və Hindistanın Maliyyə Nazirlikləri ikitərəfli əməkdaşlıq barədə Protokol imzalaya bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2006 17:58 (UTC +04:00)

Azərbaycanın və Hindistanın Maliyyə Nazirlikləri arasında ikitərəfli əməkdaşlıq barədə Protokolun imzalanması Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərovun rəhbərlik etdiyi nümaynədə heyətinin Dehliyə səfərinin gedişində müzakirələrin əsas mövzusu ola bilər. Maliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, sənədin layihəsi nəzərdən keçirilmək üçün Hindistan tərəfinə təqdim edilib.

Yanvarın 8-də başlayan səfər Hindistanın maliyyə naziri Çidambarama Palanyappanın dəvəti ilə həyata keçirilir.

Gələcək iqtisadi əməkdaşlığını perspktivləri ilə yanaşı, tərəflər həmçinin, gəlir və əmlakla bağlı ikiqat vergiödəmədən yayınma ilə bağlı razılaşmanın layihəsinin imzalanması müddətini də razılaşdıracaqlar.

Nazirlikdən Trend ə verilən məlumata görə, bu sənəd üzrə danışıqların Hindistanın Maliyyə Nazirliyi ilə 2004-cü ilin əvvəllərindən aparılmasına və birinci və ikinci mərhələlərin keçirilməsinə baxmayara, danışıqlar hələ də davam edir.

Səfər yanvarın 13-nə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti