...

ADDY 2006-cı ili gəlirlə başa vurmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2006 18:08 (UTC +04:00)

Nazirlər Kabineti Azərbaycan Dövlət Dəmir Yolu idarəsinin (ADDY) mədaxil və məxaric smetasının təsdiq edib. Hökumətdə Trend ə bildirilib ki, təsdiq olunmuş büdcəyə əsasən, 2006-cı ildə ADDY-nin gəlirləri 137,872 mln. yeni manat səviyyəsində planlaşdırılıb ki, bu da ötən ilin proqnoz göstəricisindən demək olar ki, 9,32% çoxdur. Beləliklə, sərnişin daşımalarından dəmir yolu 13,2 mln. manat, yük daşımalarından 107,272 mln. manat alacaq.

Bu il ADDY-nin məxarici 9,31% artaraq 137,8716 mln. manat təşkil edəcək. Amma büdcə tutulmaları 2005-ci ilin proqnozundan 13,8% az nəzərdə tutulub və 20 mln. manat təşkil edəcək. Bu, ƏDV ödənişinə əsasən məxaricin azalması, əmlak vergisi, eləcə də əhalinin sosial müdafiəsi üzrə Dövlət fonduna əmək haqqı fondundan tutulmalar hesabına planlaşdırılır.

Bununla belə, xammal və material alınmasına, o cümlədən yanacağa xərclər artırılacaq və bütünlükdə 26,510 mln. manat təşkil edəcək. Kommunal xidmətlərinə xərclərdə artım yalnız elektrik enerjisi ilə bağlı nəzərdə tutulub. Kapital və maliyyə qoyuluşu üçün vəsaitlər 8,299 mln. manat olaraq yalnız tikinti-təmir işlərinə nəzərdə tutulub.

2006-cı ildə ADDY kredit xidmətinə məxarici də təxminən 1,3% artırmaq niyyətindədir. Bu məqsədlə AYİB-dən dövlət zəmanəti ilə alınmış kreditlə bağlı əsas borcun ödənməsinə nəzərdə tutulmuş 7,6 mln. manata 1,5 mln. manat ayrlıb. Dəmir yolu kreditlərin faizlərinin ödənməsinə 5,041 mln. manat nəzərdə tutub.

ADDY-nin bu il fəaliyyətinin gəlirli olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti