...

Almaniyanın CES Consulting Engineers şirkəti Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 13:51 (UTC +04:00)

Almaniyanın CES Consulting Engineers şirkəti Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayır. Trend in xəbər verdiyi kimi, bu barədə Azərsu SC-nin press-relizində bildirilir. Şirkət tenderin qalibi olub və artıq onunla müvafiq saziş imzalanıb.

TİƏ-nin və layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər çərçivəsində yeraltı suların istismar ehtiyatlarının təsdiqi, layihə ilə bağlı görülən işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi, mərhələləşdirmə və icra üzrə hesabatların hazırlanması, həmçinin, Oğuz-Qəbələ-Bakı əsas su boru kəmərinin işlənilməsi nəzərdə tutulur.

2002-ci ilin dekabrında prezident Heydər Əliyev Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün Oğuz-Qəbələ zonasında su kəmərinin çəkilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, Azərsu SC tərəfindən müəyyən işər görülüb. Ekologiya və Təbii Sərvətlər nazirliyi isə mənbədə olan su ehtiyatlarının dəqiqləşdirilməsilə bağlı hidrogeoloji tədqiqatlar aparıb.

2005-ci il yanvarın 1-də ölkə prezidenti yanında keçirilmiş müşavirədə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi məqsədəuyğun hesab edilmiş və TİƏ-in hazırlanması üzrə göstəriş verilmişdir. Ekologiya nazirliyi və Azərsu SC-nin ilkin məlumatlarına əsasən, dəniz səviyyəsindən 450-500 m yüksəklikdə yerləşən bu zonada yeraltı suların istismar oluna bilən ehtiatı 15 m3/san-dən artıq təşkil edir. Bu suyun keyfiyyəti öz fiziki və kimyəvi göstəricilərinə görə çox yüksəkdir və tam şkildə dünya standartlarına uyğundur.

Xəbər lenti

Xəbər lenti