...

Azərbaycanın Nəqliyyat Nazirliyi Ələt-Astara avtomobil yolunun layihəsi çərçivəsində perekvalifikasiya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 14:10 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Nazirliyinin Yolnəqliyyatservis departamenti maraqlı şirkətləri Ələt-Astara avtomobil yolunun 22 km-lik hissəsinin təkmilləşdirilməsi üzrə tenderin seçmə mərhələsində iştirak etmək üçün dəvət edir. Bu barədə Trend ə departamentdən məlumat verilib.

İşlərin ilkin həcminə mövcud ikizolaqlı yolların dördzolaqlıya qədər genişləndirilməsi, yolların örtüyünün, materialların, asfaltın təmiri, körpü və boru kəmərlərinin təkrar tikintisi, yol ötürücülərinin və yol birləşdiricilərinin tikintisi daxildir. Maraqlı şirkətlərə sənədlər təqdim olunacaq və müsabiqədə iştirak üçün 500 min manat (100 AZM ) ödəyəcəklər. Şirkətlər öz müraciətlərini fevralın 23-nə kimi təqdim edə bilərlər.

Azərbaycan hökuməti və Dünya Bankı Ələt-Astara avtomobil yolunun tikintisi və rekonstruksiyası layihəsinin maliyyələşdirilməsi üçün $170 mln ilk kredit tranşının alınması barədə razılıq əldə ediblər.

Layihənin TİƏ-na müvafiq olaraq yolların uzunluğu demək olar ki, 50 km qısalaraq 192 km olub. Sənəd Nazirlik tərəfindən Asiya İnkişaf Bankının 750 min dollar həcmində qrantı hesabına hazırlanıb.

Xəbər lenti

Xəbər lenti