...

2005-ci ildə yaşıl çay yarpağı yığımı 740 ton təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 17:53 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2005-ci ildə Azərbaycanda yaşıl çay yarpağının istehsalı Azərbaycanda 740 tona yaxın təşkil edib ki, bu da 2004-cü ilin göstəriciləri ilə müqayisədə 300 ton azdıo. Nazirlikdən Trend ə verilən məlumata görə, 2005-ci ildə bu göstəricinin aşağı olmasının səbəbi hava şəraitinin quraqlıq olmasıdır.

Çay yığımı 3,7 min hektarlıq ümumi əkin sahəsindən toplanılıb.

2005-ci ildə hər hektarın məhmuldarlığı 1,8 sentner təşkil edib ki, 2004-cü ildə analoji göstərici hər hektardan 2,5 sentner müşahidə olunur.

Bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, 2005-ci il ərzində yaşıl çay yarpağı yığımının ümumi həcminin proqnozu 1100 ton həcmində müəyyən edilib. Bu göstərici 2004-cü ildə 1048 ton olub.

Azərbaycanda çay Lənkəran, Astara, qismən Masallı, Zaqatala və Lerikdə yetirşidirilir.

Xəbər lenti

Xəbər lenti