...

2005-ci ildə sığorta bazarının xüsusi çəkisi ÜDM-un 0,8% səviyyçsində olacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 18:19 (UTC +04:00)

2005-ci ilin yekunları üzrə ÜDM-da sığorta bazarının xüsusi çəkisi idkin məlumatlara görə 0,8% təşkil edəcəyi gözlənilir. Bu barədə Trend ə Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti şöbəsinin rəisi Bəybala Xankişiyev məlumat verib. 2004-cü ildə bu göstərici 0,7% səviyyəsində olub.

Onun sözlərinə görə, sığorta xidmətləri bazarında artımın sürəti 30% səviyyəsində gözlənilir və 9 ay ərzində 31% artım gözlənilir. B.Xankişiyev hesab edir ki, respublikada ipoteka kreditinin fəaliyyətə başlaması ilə əlaqədar sığorta şirkətlərinin də fəaliyyəti genişlənir ki, bu da binaların sığortalanması istiqamətində fəaliyyəti aktivləşdirə bilər.

Xəbər lenti

Xəbər lenti