...

Bakıda Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu idarələri ekspertlərinin görüşü başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 18:29 (UTC +04:00)

Yanvarın 12- də Bakıda Avropa - Qafqaz - Asiya (TRACECA) nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu idarələri ekspertlərinin ikigünlük görüşü başlayıb. Bu barədə Trend ə ADDY-də bildirilib. Tədbirdə Azərbaycanı ADDY-nin rəis müavini İqbal Hüseynov, Gürcüstanı "Gürcüstan dəmir yolu" MMC baş direktorunun müavini Ramaz Qeorqadze, Qazaxıstanı isə "Qaztransservis" SC marketinq və inkişaf idarəsinin rəisi Arman Turlixanoviç təmsil edir.

Görüşün məqsədi Poti-Bakı-Aktau-Almatı konteyner qatarının baş operatorunun müəyyən edilməsi məsələsinin müzakirəsidir. Azərbaycan Dövlət dəmir yolu idarəsi (ADDY) ilə birgə Gürcüstan da operatorluqda maraqlıdır. Bundan başqa, variantlar arasında müştərək müəssisənin yaradılması da vardır.

2005-ci il dekabrın 24-də Poti limanında nümayiş üçün konteyner qatarının buraxılması mərasimi keçirilib. Həmin tədbirdə Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze, "Gürcüstan dəmir yolu" MMC-nin baş direktoru İrakli Ezuqbaia, ADDY-nin rəhbəri Arif Əsgərov və Qazaxıstan dəmir yolu idarəsinin nümayəndəsi Taqat Lesov iştirak edib. Layihə yükün çatdırılması müddətinin azaldılması və 10% güzəşt əsasında alternativ marşrutlarla real rəqabət aparacaq. Artıq demək olar ki, bu, konteyner yüklərinin rəqabətə davamlılığını səmərəli yüksəldən müntəzəm marşrutdur.

İlk qatar dekabrın 31-də Alma-Ataya çatıb.

Poti-Bakı-Aktau-Almatı marşrutu hərəkət layihəsi TRACECA dəhlizinin rəqabətə davamlılığının artırılmasına və bilavasitə bərə konteyner yüklərinin inkişafına kömək edəcək.

Bu marşrutun cəlbediciliyinin yüksəldilməsi üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan dəhlizdə daşınacaq yüklərə vahid tarifin tətbiqinə dair razılığa gəlib. 1 ton/km yük üçün tarif $0,022 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti