...

Dekabr ayı ərzində AR Vergilər Nazirliyi 12 cinayət işi qaldırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 19:48 (UTC +04:00)

2005-ci ilin dekabr ayı ərzində AR Vergilər Nazirliyi vergi daxilolmalarının ilkin araşdırılması Departamenti qeyri-qanuni sahibkarlıq və vergi ödəmələrindən yayınma faktları ilə 12 cinayət işinin baxılmasına başlayıb. Trend nazirliyin məlumatına istinadən bildirir ki, Bakı şəhəri vergilər departamentinin 1,2 və 3 saylı filiallarında, 2 və 11 ərazi vergi idarələrində, eləcə də Qubadlı və Laçın rayon vergi şöbələrində qeydiyyata alınmış 20 hüquqi və bir fiziki şəxsin dövlət büdcəsinə ümumi 7,812 mln. YAM həcmində vergi tutulmalarından yayınması aşkar edilib.

Həmin faktlarla bağlı CM-in 213.4 bəndinə əsasən cinayət işi başlayıb. Eyni zamanda, Vergilər Nazirliyi departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində Sadiq Məmmədova qarşı da CM-in 192.1 bəndi ilə cinayət işi qaldırılıb. O, qeyri-qanuni sahibkarlıq fəaliyyəti nəticəsində 2 645 YAM həcmində gəlir əldə edib.

Xəbər lenti

Xəbər lenti