...

2005 –ci ildə dövlət büdcəsinə vergidən yayınma faktları üzrə ödənmələrin həcmi 1,8 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2006 16:38 (UTC +04:00)

2005-ci ildə Vergilər Nazirliyinin vergi cinayətlərinin ilkin araşdırılmaları üzrə Departamenti tərəfindən qanunsuz sahibkarlıq faktları və vergi ödənməsindən yayınma faktları üzrə 281 cinayət işinin baxılmasına başlayıb. Trend in Nazirliyin press-relizinə istinadən yaydığı məlumata görə, bu müddət ərzində 167 şəxsə qarşı 131 cinayət işi üzrə ittiham aktı məhkəmə orqanlarına göndərilib.

İlkin araşdırmalar zamanı CM-nin 391.11 maddəsi üzrə 19 cinayət işinə pozucular tərəfindən dövlət büdcəsinə verginin bütün məbləğinin ödənməsi ilə bağlı xitam verilib. Onların arasında "Qaradağ-sement" SC 2,66 mln AZN, "Barmek-Azərbaycan" şirkəti 2,44 mln. AZN, "İnşaatçı" kiçik müəssisəsi 103,7 min AZY və digərləri) var.

Ötən il bütövlükdə bağlanmış cinayət işlərindən dəyən ziyan üzrə dövlət büdcəsinə 6,647 mln AZY manat ödənilib. Bununla yanaşı, qanun pozucularından ümumi məbləği 484 min AZY manatlıq əmlak müsadirə edilib. Vergidən yayınma faktı üzrə açılmamış cinayət işlərinə ilə ə laqədar dövlət büdcəsinə 34,1 min AZY manat ödənilib. 2004-cü illə müqayisədə dövlət büdcəsinə ödəmələrin həcmi 1,8 dəfə artıb.

Bununla yanaşı, hesabat dövründə vergi hüquq pozuntularında günahlandırılan və istintaqdan gizlənən 62 qanun pozucusu istintaq orqanlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti