...

2006-cı ildə Bakı fond birjasında yeni listinq tələbləri tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2006 17:04 (UTC +04:00)

2006-cı ildə Bakı fond birjası (BFB) qiymətli kağızlar bazarı iştirakçılarına yeni listinq tələbləri irəli sürməyi planlaşdırır. BFB-nin prezidenti Anar Axundov Trend ə bildirib ki, bununla bağlı olaraq beynəlxalq standartlara uyğun qaydalar hazırlanır. Yeni qaydalarda müəssisələrin, xüsusilə səhmdarlar və idarə heyəti arasında qarşılıqlı münasibətlər, idarə heyətinin səhmdarlar qarşısında məsuliyyət və hesabatının artırılması ilə bağlı korporativ struktura aid məsələlər tənzimlənəcək. Qaydalara həm də müəssisələrin hesabat və şəffaflığını təmin edən bəndlər daxil edilib. A.Axundov qeyd edib ki, üstəlik müəssisələrin listinqdə saxlanılması üçün onlar bütün bu tələblərə cavab verməlidir.

O, hesab edir ki, sərmayəçi cəlb etmək arzusunda olan müəssisələr şəffaf olmalıdır. Bunun üçün öz balansını açıqlamaq, qanunvericilikdə ildə bir dəfə nəzərdə tutulmasına baxmayaraq heç olmasa rübdə bir dəfə maliyyə göstəricilərini açmaq tələb olunur. Bundan başqa, müəssisələr korporativ idarəetmə prinsiplərini tətbiq etməlidir. Bu gün fond birjasının qarşısında duran əsas vəzifə müəssisələrin könüllü surətdə fond bazarına gəlməsini təmin etməkdir. Amma hələlik buna mane olan bir çox amillər vardır. Xüsusilə qanunvericiliyə uyğunlaşdırmaq, istiqrazlarla bağlı vergi

Xəbər lenti

Xəbər lenti