...

Kənd təsərrüfatı Nazirliyi dizel yanacağına tariflərin artırılması ilə bağlı əlavə xərclərin ödənilməsi mexanizminin hazırlanması üzrə işlər aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2006 18:05 (UTC +04:00)

Azərbaycanın Kənd təsərrüfatı Nazirliyi dizel yanacağına tariflərin artırılması ilə bağlı əlavə xərclərin ödənilməsi mexanizminin hazırlanması üzrə işlər aparır. Nazirlikdə Trend ə bildirilib ki, bu məqsədlə k/t nazirinin müavini İlham Quliyevin başçılığı ilə nazirliyin müxtəlif şöbə və qurum nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılıb.

Dövlət strukturunda qeyd olunub ki, qısa müddətdə qrup həmin məsələ ilə bağlı monitorinq keçirəcək və təhlil əsasında tariflərin artırılmasının k/t məhsulları istehsalına təsiri miqyasının müəyyən edilməsinə dair təkliflər təqdim edəcək. "Hazırda bu işlər aparılır" -deyə dövlət strukturunda qeyd olunub.

Komissiyanın qərarı əsasında nazirlik təkliflər paketini ölkə hökumətinə baxılmaq üçün təqdim edəcək.

Nazirlik mütəxəssislərinin ilkin məlumatına görə, k/t məhsulları istehsalçılarının yanacağa tələbatı ildə ümumi 42-45 mln. YAM məbləğində 230-250 min ton təşkil edir. Tariflərin artırılmasından sonra bu göstərici 84-90 mln. YAM təşkil edir.

Xəbər lenti

Xəbər lenti