...

Bank məktəbi Gəncəbankda da korporativ idarəetmənin tətbiqinə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2006 18:20 (UTC +04:00)

Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) respublikadakı yeganə regional bank olan Gəncəbankla korporativ idarəetmə sisteminin yaradılmasına yardım göstərilməsi üzrə müqavilə imzalayıb. ABTM-nin rəhbəri Cavanşir Abdullayevin Trend ə verdiyi məlumata görə, bank məktəbi layihəsinin reallaşdırılmasına martın 1-dən başlanılacaq və onun reallaşdırma müddəti 2 ildir.

Analoji layihə iki illik layihənin imzalandığı artıq Azəriqazbank səhmdar-investisiya bankı ilə başa çatır.

Hazırda ABTM Azərbaycan Beynəlxalq Bankı, Muğanbank və Atabankla müqavilələrə malikdir. Tədris mərkəzi onlara 2005-ci ildən yardım etməyə başlayıb. Beynəlxalq Bankla bu artıq ilyarımlıq müddət üçün nəzərdə tutulmuş ikinci müqavilənin olmasına baxmayaraq, o, insan ehtiyatları və müştərilərlə idarəetmənin təkmilləşdirilməsinə yardım göstərilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti