...

Baş operatorların Bakıda üçtərəfli görüşü yekunlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2006 19:54 (UTC +04:00)

Yanvarın 12-13-də Bakıda Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu nümayəndələrinin yekun görüşü keçirilib. Trend xəbər verir ki, görüşdə Poti-Aktau-Almatı marşrutu üzrə hərəkət edən pilot konteyner operatoru qarşısında duran tələblər və texniki məsələlərin yekun dəqiqləşdirilməsi müzakirə olunub.

Görüşü açan Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəis müavini İqbal Hüseynov adıçəkilən marşrutun gələcək uğurlarını artıq indidən hiss edən Bolqarıstan və Çin Xalq Respublikasının da bu prosesdə iştirak etmək barədə istəyini bildirib. Gürcüstan, Azərbaycan və Qazaxıstan əraziləri üzrə daşıma haqlarının ödənməsi 28 şərti vaqondan az olmayaraq Bakı Dəniz Limanı üzrə faktiki həcmə görə, Xəzər Dəniz Gəmiçiliyi üzrə yolüstü yük olduqda fakta əsasən, yük olmadıqda isə vaqon tutumunun tam həcmi ilə ödəniləcəkdir.

Qazaxıstan tərəfi 2005-ci il dekabrın 26-27-də Tbilisi şəhərində imzalanan protokolun 4-cü bəndinə müvafiq olaraq konteyner qatarının yer hərəkəti qrafikini təqdim edib və tərəflər həmin təkliflə razılaşıb. "Blak sea transit LTD" və "Advantaqe international transport And loqistisk LTD" şirkətlərinin təklifləri ilə tanış olub hər iki şirkət baş operator təyin etmək barədə yekdil fikrə gəlib. Baş operatorlar Qazaxıstan Respublikasından "Qaztarnsservis" SC və Azərbaycan Respublikasından "Transqafqaz" MMC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə 2006-cı il fevralın 15-dək ikitərəfli müqavilə bağlamalıdır.

Konteyner qatarının daimi kommersiya əsasında buraxılmasının reallaşması cari il martın 1-dək öz həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti