...

Azərsun Holdinq-in strukturunda kadr dəyişiklikləri aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2006 12:57 (UTC +04:00)

Azərsun Holdinq şirkətlər qrupunun strukturunda kadr dəyişiklikləri aparılıb. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Əvvəllər holdinqin baş direktoru vəzifəsini icra edən Əhməd Yemen hazırda şirkətlər qrupunun vitse-prezidenti təyin edilib. Baş direktorun müavini Fevzixan Aras baş direktor təyin edilib.

Ə.Yemen Azərsun Holdinq şirkətlər qrupunun tərkibinə daxil olan və olmayan şirkətlərin maliyyə, nəzarət, audit və texniki məsələləri sahəsində öz fəaliyyətini davam etdirəcək. F.Aras əvvəllər olduğu kimi ticarət, istehsal və logistika məsələləri ilə məşğul olacaq. "Maliyyə, texnologiya, adaptasiya və planlaşdırma metodları ilə insan ehtiyatlarının inkişafı 2006-cı ildə də bizim əsas məqsədimizdir", - deyə şirkətdən bildirilib.

Xəbər lenti

Xəbər lenti