...

PA Consulting Group Azərbaycanın istilik təsərrüfatına dair layihə çərçivəsində tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2006 13:29 (UTC +04:00)

PA Consulting Group-un tərkibinə daxil olan PA Government Servİce Inc. Şirkəti Azərbaycanın istilik təsərrüfatında problemlərin həlli strategiyasının nəzərdə tutan pilot layihəsi çərçivəsində tender elan edib. Bu barədə Trend ə şirkətdə bildirilib. Şirkət qazanxanaların idarə edilməsi və pilot layihəsinin həyata keçirilməsi üçün Sabunçu rayonunun Zşərifov küçəsində seçilmiş 22 saylı evdə soyuq və isti su təminatı ilə bağlı istifadəçilərə xidmət göstərilməsi məqsədilə podratçı seçmək niyyətindədir.

Layihənin məqsədi strategiyada təklif edilmiş tövsiyələrin, xüsusilə səmərəli yerli istilik təchizatı sisteminin yaradılması, iqtisadiyyat və elektrik enerjisinin məqsədyönlü istifadəsi ilə bağlı tədbirlərin gerçəkləşdirilməsi, kommunal sektorda yeni idarəetmə formalarının tətbiqi və s. həyata keçirilməsi reallığının praktiki nümayişidir. Qazanxananın istismara verilməsi mərasimi 2005-ci ilin dekabrında keçirilib.

PA Consulting şirkəti ABŞ Beynəlxalq inkişaf agentliyinin (USAID) maliyyələşdirdiyi "Azərbaycanın energetika sektoruna texniki yardım göstərilməsi" layihəsi çərçivəsində İstilik strategiyasını Azərbaycan hökumətinə təqdim edib. Strategiya çərçivəsində istilik sisteminin özəl sektora verilməsi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti