...

Texnikabankla xəzinə hesabları xidməti üzrə müqavilə daha bir il uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2006 14:36 (UTC +04:00)

Maliyyə Nazirliyi Texnikabankla Sumqayıtda tranzit xəzinə hesabları xidməti üzrə müqavilənin müddətini uzadıb. Bu barədə Trend ə bankın İdarə Heyətinin birinci müavini Xaqani Quluzadə məlumat verib. Texnikabank ölkənin Dövlət Xəzinəsinin agent funksiyalarını yerinə yetirən ilk özəl kommersiya banklarından biri olub. Bu öhdəliklər Texnikabanka 2005-ci il yanvarın 1-dən həvalə edilib. Lakin bir illik müddətə nəzərdə tutulan müqavilənin müddəti başa çatıb. İndi o daha bir il müddətinə uzadılıb.

Özəl bankların xəzinə hesabları xidmətinə cəlb edilməsi Beynəlxalq Valyuta Fondunun ölkənin bank sistemində rəqabət mühitinin yaradılması çərçivəsindəki tələblərindən biridir. 2005-ci ilə qədər xəzinə hesabları xidmətlərini yalnız yarıdövlət Azərbaycan Beynəlxalq Bankı və dövlət Kapitalbankı həyata keçirirdi. Əgər ötən ilin əvvəllərində təkcə bir bank seçilmişdisə, sentyabrın 1-dən xəzinə hesabları xidmətləri Maliyyə Nazirliklərinin özəl agent banklarının siyahısına daha beş bank daxil olub.

Bu il Azərbaycan Baş Dövlət Xəzinəsi kommersiya banklarının seçimi üzrə növbəti müsabiqəni keçirməyi planlaşdırır. Maliyyə Nazirliyinin planlarına görə, bu zaman daha böyük regionları və ya Bakının inzibati rayonlarını cəlb etmək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti