...

Bank Standard yeni Bon Voyage diskont proqramını tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 12:35 (UTC +04:00)

Bank Standard ölkənin "BTI", "Improtex Travel", "Global Travel" və "AB Travel" kimi aparıcı turizm agentlikləri ilə birlikdə işləyib-hazırladığı, xaricə səyahət edən şəxslər üçün nəzərdə tutulmuş yeni "Bon Voyage" diskont proqramının tətbiqinə başlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə bankın press-relizində bildirilir.

Proqramda "Bon Ioyage" diskont kartına sahib olan şəxslərə güzəşt və pulsuz xidmətlərin geniş siyahısı nəzərdə tutulur. Qeyd edək ki, "Bon Voyage" proqramının iştirakçısı olmaq ödənişsizdir. Bunun üçün Bank Standard-ın MasterCard və ya IISA kartlarına sahib olmaq, yaxud turist paketi və ya təyyarə bileti əldə etmək üçün proqramın həmtəsisçilərindən olan turizm agentliklərindən birinə müraciət etmək kifayətdir.

Xəbər lenti

Xəbər lenti