...

Azərbaycan iş adamları beynəlxalq balıqçılıq sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 14:33 (UTC +04:00)

Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti dəniz məhsullarına və dəniz heyvanlarının çoxaldılmasına həsr olunmuş IV beynəlxalq sərginin işində iştirak etmək üçün yanvarın 24-27-də İrana yola düşəcək. Trend in AR Sahibkarlar (işəgötürəlnlər) Təşkilatları Milli konfederasiyasının press-relizinə istinadən xəbər verdiyi kimi, sərgi dəniz məhsullarının ixracının inkişafı Fondu tərəfindən təşkil olunub.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən istehsalçıların, ixracatçıların, müxtəlif balıqçılıq, o cümlədən istehsal avadanlıqları, ovçuluq və ov ləvazimatları, dəniz nəqliyyatı, üzən obyektlər, su motosiklləri və digər sahələrdə ixtisaslaşmış şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir.

Sərgi çərçivəsində ikitərəfli görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti