...

Auditorlar Palatası auditor fəaliyyəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzərində işi başa çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 14:48 (UTC +04:00)

Azərbaycanın auditorlar Palatası auditor fəaliyyəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzərində işi başa çatdırır. Bu barədə Trend ə Palatanın auditin təşkili və keyfiyyətə nəzarət şöbəsinin rəisi, işçi qrupunun rəhbəri Qəşəm Bayramov bildirib.

Onun sözlərinə görə, bu işlər Dünya Bankının (DB) qrantı hesabına həyata keçirildiyi üçün hazırlanmış layihələr yaxın həftə ərzində bankın mütəxəssisləri ilə razılaşdırılacaq və yalnız bundan sonra müvafiq orqanlara təqdim ediləcək.

Auditor fəaliyyəti sahəsində qanunvericilikdə dəyişiklik və əlavələrə, xüsusilə " Auditor xidmətləri haqqında" və "Daxili audit haqqında" qanunlara toxunan Qəşəm Bayramov qeyd edib ki, layihədə, məsələn, təsərrüfat subyektlərinin audit şərtləri və yayınma faktları aşkar edilərsə bu subyektlərə qarşı cərimə dərəcəsi göstərilib, auditor sahəsinin icbari sığortası ilə bağlı bəndlər və s. öz əksini tapıb.

DB-nin mühasibat sisteminin və auditin inkişafına ayırdığı qrant $340 min təşkil edir.

Xəbər lenti

Xəbər lenti