...

Kənd təsərrüfatı naziri ABŞ səfirliyinin işlər müvəkkili ilə görüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 15:11 (UTC +04:00)

Kənd təsərrüfatı naziri İsmət Abasov ABŞ-ın Bakıdakı müvəqqəti işlər müvəkkili Ceyson Haylendlə görüşəcək. Strukturdan Trend ə verilən məlumata görə, görüş yanvarın 17-də Kənd təsərrüfatı nazirliyində keçiriləcək.

Görüşdə əsas məqsəd ölkəyə "quş qripi" virusunun daxil olmasına qarşı Azərbaycan hökuməti tərəfindən görulən hazırlıq səviyyəsi və tədbirlərin müzakirəsindən, ölkələr arasında kənd təsərrüfatının muxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsindən, "quş qripi" ilə mübarizədə ABŞ tərəfindən hər hansı yardımın göstərilməsi mümkünlüyündən ibarətdir.

ABŞ artıq analizlərin aparılması üçün avadanlıqların alınmasında Azərbaycana yardım etmək arzusunda olduğunu bildirib və bu mövzunun müzakirəyə çıxarılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti