...

Azərbaycan türk sahibkarlarının öz kapitallarını qoymağa çalışdıqları ikinci ölkədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 16:10 (UTC +04:00)

Azərbaycan türk sahibkarlarının öz əmanətlərini daxili böhranlardan qorumağa çalışaraq sərmayə qoymağa cəhd göstərdikləri Hollandiyadan sonra ikinci ölkədir. Trend in Türkiyənin KİV-ə istinadən yaydığı xəbərə görə, bu məlumatlar Ankara Sənaye Palatasının illik hesabatında göstərilib.

Son beş ildə kapitalqoyamalırının istiqamətini əhatə edən hesabatda qeyd edilir ki, türk sahibkarlarının Azərbaycan iqtisadiyyatına qoyduqları sərmayələrin ümumi həcmi 1 milyard 891milyon dollar təşkil edir. Azərbaycan iqtisadiyyatında türk sərmayələrinin əsas hissəsi energetika sahəsinin (1,8 milyard dollar) payına düşür.

Qeyd edək ki, Hollandiyada bu göstərici 2 milyard 485 milyon dollar təşkil edir. Üçüncü yeri 520,9 milyon dollarla Böyük Britaniya tutur.

Hesabatda həmçinin, o da bildirilir ki, son illər ərzində Türkiyənin 118 şirkəti bütün daxili ofisləri bağlayaraq, Azərbaycanda öz fəaliyyətlərini bütünlükdə dayandırıblar.

Xəbər lenti

Xəbər lenti