...

Azərbaycanda quşçülüq fabriklərində satış həcminin azalması ilə əlaqədar istehsal aşağı düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 16:45 (UTC +04:00)

Bir sıra ölkələri əhatə edən "quş qripi" epidemiyası Azərbaycanda yerli istehsala təsir etməyə başlayıb. Son zamanlara qədər əhali əvvəllər olduğu kimi, quş ətini almaqda davam etsə də, bu xəstəliyin bir sıra ölkələrə yayılması ilə əlaqədar təkcə alıcılıq qabiliyyəti deyil, ölkənin quşçuluq fabriklərində istehsal da aşağı düşüb.

"Siyəzən-Broyler" SC-nin meneceri Olqa Vasilenkonun Trend ə verdiyi məlumata görə, son vaxtlar satış həcminin kəskin şəkildə aşağı düşməsi müşahidə olunub və bu"ən yaxşı halda 3 dəfə baş verib". Lakin müəssisənin rəhbərliyi hələlik istehsalın həcmini azaltmağı planlaşdırmır və anbarlara vurulur. Bu arada, əgər belə vəziyyət uzanarsa, onda rəhbərlik istehsalın həcmini yenidən nəzərdən keçirməli olacaq.

O.Vasilenko belə hesab edir ki, bu epidemiya Azərbaycana toxunmadığı üçün əhali arasında ajiotaj çox tezliklə aşağı enəcək. Bundan əlavə, o ehtimal edir ki, "Siyəzən-Broyler"in məhsulları laboratoriya analizindən keçirildiyinə görə narahat olmağa xüsusi zərurət yoxdur və əhali toyuq ətinin satıldığı yerlərdə sertifikatları və laboratoriya məlumatlarını tələb edə bilərlər.

Analoji vəziyyət digər müəssisədə - "Mərdəkan-broyler"də də müşahidə olunur. Bu müəssisənin həmkarlar ittifaqı komitəsinin sədri Sədaqət Abbasovanın Trend ə verdiyi məlumata görə, satış həcminin 15-20% azalmasına baxmayaraq, "Mərdəkan-broyler"də hər iki gündən bir toyuqlar kəsilir. Əvvəllər quşçuluq fabrikində hər gün 8 min toyuq kəsilirdisə, indi bu hər iki gündən bir, lakin eyni həcmdə kəsilir. S.Abbasova həmçinin, hesab edir ki, fabriklərdə məhsulların yoluxması təhlükəsi çox azdır. Çünki hər gün müəssisələrdə vaxtlı-zvaxtında vaksinasiya aparılır və laboratoriya analizləri keçirilir.

Xəbər lenti

Xəbər lenti