...

Azərbaycan gəlir və əmlaka görə ikiqat vergitutmadan yayınmaya dair 17 ölkə ilə ikitərəfli saziş tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2006 19:55 (UTC +04:00)

Azərbaycan mənfəət və əmlaka görə ikiqat vergitutmadan yayınmaya dair 17 ölkə ilə ikitərəfli saziş tətbiq edir. Trend bildirir ki, bu barədə AR vergilər Nazirliyinin yanvarın 16-da yayılmış məlumatında deyilir. Bu ölkələr Avstriya, Almaniya, Böyük Britaniya, Litva, Norveç, Polşa, Rumıniya, Türkiyə, Fransa, Çin, MDB ölkələrindən Belorus, Qazaxıstan, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Özbəkistandır.

Bundan başqa, . 2006-cı ilin yanvarın 1 -dən etibarən 2005-ci ildə qüvvəyə minmiş 4 saziş - Almaniya, Polşa, Fransa və Çin ilə sazişlərin tətbiqinə başlanılıb. Almaniya Federativ Respublikası ilə yeni sazişin qüvvəyə minməsi ilə əlaqədar bu ilin yanvarından Almaniya ilə Azərbaycanın ikitərəfli münasibətlərdə 1995-ci ildən tətbiq olunan AFR ilə keçmiş SSRİ arasında bağlanmış köhnə Saziş qüvvədən düşüb.

Məlumatda həm də deyilir ki, hazırda Azərbaycanın 4 dövlətlə - Belçika, İtaliya, Kanada və Pakistanla müvafiq saziş layihələri artıq təsdiq edilib və qüvvəyə minmə tarixini gözləyir. Latviya, Finlandiya və Çexiya ilə sözügedən sazişlər artıq imzalanmışdır və hər iki tərəfin parlamentləri tərəfindən təsdiq olunmalıdır. Daha 10 dövlətlə - Bolqarıstan, Qətər, Danimarka, Estoniya, İsveç, İsveçrə, Küveyt, Lüksemburq, Hollandiya, Serbiya və Çernoqoriya ilə saziş layihələri ekspertlər səviyyəsində tam razılaşdırılıb və imzalanmaya hazırdır.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, İran, Yunanıstan, Oman və Hindistanla müvafiq saziş layihələrinin razılaşdırılması istiqamətində ikitərəfli danışıqlar davam etdirilir.

Perspektivdə daha bir sıra dövlətlərlə də analoji sazişlərin hazırlanması üçün danışıqlar aparılması planlaşdırılıb və artıq danışıqların başlanması barədə müvafiq təkliflər göndərilib.

Xəbər lenti

Xəbər lenti