...

Xəzər Dəniz Gəmiçiliyi İdarəsi bu il Rusiyanın daxili sularına keçid üçün 26 icazə almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 13:38 (UTC +04:00)

Bu il Xəzər Dəniz Gəmiçiliyi İdarəsi (KASPAR) Rusiya Federasiyasının daxil sularına keçid üzrə 26 icazə almaq niyyətindədir. İcazə alınması ilə bağlı sorğu RF hökumətinə ötən ilin noyabrında göndərilib. Lakin idarə hələ cavab almayıb. Bu barədə Trend ə XDGİ-dən məlumat verilib.

RF-nın daxili sularına keçidlə bağlı icazə verilməsi bu il də ötən il olduğu kimi həyata keçiriləcək. Belə ki, gəmiçilik idarəsinin hər bir gəmi üçün ayrıca icazə zəruridir.

Azərbaycan Rusiya ilə "Ticarət gəmiçiliyi barədə" razılaşma imzalamaq niyyətindədir. Bu sənəd tərəflərə limanlarda güzəştli şərtlərdən istifadə etməyə icazə verir. Azərbaycan tərəfi Rusiyanın daxili sularından gəmilərin keçidinin müəyyən etməyə imkan verən daha bir razılaşmanı imzalamağı israr edir.

Gəmilərin Rusiyanın daxili sularından keçməsi ilə bağlı problem 2005-ci ilin aprelində yaranıb. O zaman Rusiya tərəfi VR üçün yük daşayan 3 gəminin keçməsinə icazə verməmişdi. Bu gəmilər Xəzər dənizinə yalnız iyunda keçə bilmişdilər.

Xəbər lenti

Xəbər lenti