...

Azərbaycanın xarici ölkələrlə rəqabət qabiliyyəti artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 15:15 (UTC +04:00)

Azərbaycanın beynəlxalq rəqabət qabiliyyəti qısamüddətli perspektivdən (1-2 il ərzində) fərqli olaraq uzunmüddətli perspektivdə (2002-ci illə müqayisədə) artır. Bu gün keçirilmiş "İnflyasiya və beynəlxalq rəqabət qabiliyyəti: metodologiya və mərkəzi bankların təcrübəsi" mövzusuna həsr olunmuş elmi-metodoloji seminarda AMB-nin araşdırmalar və statistika departamentinin direktoru Emin Hüseynovun verdiyi məlumata görə, beynəlxalq rəqabət qabiliyyəti real effektiv məzənnədən asılıdır.

11 ay ərzində real effektiv məzənnə 9% artıb.

Neft gəlirlərilə əlaqədar artan valyuta daxilolmaları məzənnəyə böyük təsir göstərir. İstənilən iqtisadiyyat üçün inflyasiya göstəricisi əsas olduğundan onun tənzimlənməsinə və antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə böyük diqqət ayrılır. Bundan başqa məzənnə möhkəmlənməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti