...

2005-ci ildə vergilərin 9 növü üzrə pronozlar yerinə yetirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 16:38 (UTC +04:00)

2005-ci ildə dövlət sektoru üzrə dövlət büdcəyə 741,2 mln. AZN proqnoza qarşı 667,7 mln. AZN, qeyri-dövlət sektoru üzrə isə 679,2 mln. AZN proqnoza qarşı 760,8 mln. AZN daxil olub. 2005-ji ildə həm qeyri-neft, həm də qeyri-dövlət sektoru üzrə büdjə daxilolmlarının həcmində xeyli irəliləyiş müşahidə olunub. Dövlət sektoru üzrə daxilolmalar 90,08%,qeyri-neft sektoru üzrə 112% təşkil edib.

Trend in Vergilər Nazirliyinin press-relizinə istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti tərəfindən büdcə daxiolmaları 2004-cü illə müqayisədə 157,7 mln AZN və ya 41%, qeyri-neft sektoru üzrə 264,5 mln AZN (42,6%) təşkil edib.

Vergilərin ayrı-ayrı növləri üzrə daxilolmaların analizi göstərir ki, 9 tədiyyə üzrə proqnozlar tam icra olunub. 2005-ci ildə ƏDV 346,1 mln AZN (100%), gəlir vergisi 367 mln AZN (102,3%), aksizlər üzrə 121,2 mln AZN, torpaq vergisi15,3 mln AZN (101,8%), əmlak vergisi 40,4 mln AZN (101,1%), fiziki şəxslərdən gəlir üzrə vergi 319,2 mln AZN (113,5%), dövlət rüsumu 35,7 mln AZN (118,9%), yol vergisi 9 mln AZN (100,3%), digər daxilolmalar üzrə 111,2 mln AZN (101,1%) təşkil edib.

Bundan başqa, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən, vergilərin ödənilməsindən yayınan hüquqi və fiziki şəxslərin aşkar olunması məqsədilə vergi ödəyicilərinin apardıqları qarşılıqlı əlaqələrin təhlili nəticəsində ciddi faktlar aşkar edilib. Belə ki, 2005-ci il ərzində 302 vergi ödəyicisinin 298,6 mln. AZN məbləğində dövriyyəni vergidən yayındırdığı müəyyənləşdirilib və bu barədə qanunauyğun tədbirlərin görülməsi üçün müvafiq idarələrə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti