...

AYİB-in ikinci kreditinin alınması üçün dövlət zəmanəti məsələsi həll edilməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 17:51 (UTC +04:00)

Avropa yenidənqurma və inkişaf bankının (AYİB) Azərbaycan dövlət dəmir yolu idarəsinə (ADDY) ikinci kreditinin ayrılmasına dair saziş bu il imzalana bilər. Bunun üçün həmin kreditlə bağlı dövlət zəmanətinin verilməsi məsələsi həll edilməlidir. Bu barədə Trend ə AYİB-in Azərbaycandakı nümayəndəsi Reymond Konvey bildirib.

Onun sözlərinə görə, Avropa bankı ADDY üçün lokomotiv təsərrüfatının inkişafına $50 mln.həcmində kredit ayırmaq niyyətindədir. R.Konvey qeyd edib ki, hazırda bu məsələ ilə bağlı ölkə hökuməti ilə danışıqlar davam etdirilir.

Avropa bankının dəmir yolunun lokomotiv parkının müasirləşdirilməsi, yenidən qurulması və bərpasına $30 mln. həcmində ilk dörd ili güzəştlə 15 il müddətinə kredit ayıracağı nəzərdə tutulur. Kreditin faiz dərəcəsi Libor +1% təşkil edəcək. ADDY ikinci mərhələ çərçivəsində daha $20 mln. almaq niyyətindədir. Bu vəsaitlər Bakıda lokomotivlərin təmiri üçün iki deponun yaradılmasına sərf olunacaq. Belə şərtlərlə $20,2 mln. həcmində kredit artıq Avropa bankı tərəfindən ADDY-yə 1999-cu ildə verilib. Hazırda həmin kredit qaytarılır.

Lokomotiv parkının bərpası TRACECA nəqliyyat dəhlizi ilə daşımaların illik həcminin artırılması, eləcə də Qars-Axalkalaki-Tbilisi-Bakı və Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində marşrutlarla açıq dəmir yolu əlaqəsi layihələrinin tezliklə gerçəkləşdirilməyə başlaması ilə bağlı olaraq böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti