...

Heydər Babayev: Hökumət Baku Steel Company-nin işini davam etdirməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 18:12 (UTC +04:00)

Azərbaycan Baku Steel Company-nin bir müəssisə kimi fəaliyyətini davam etdirməsində maraqlıdır. Çünki burada çoxlu sayda ölkə vətəndaşı çalışır. Lakin bazarda rəqabət qanunları ilə ziddiyyət təşkil etdiyindən dövlət müəssisənin işinə fəal şəkildə müdaxilə edə bilməz. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Hazırda müəssisədə xammalla bağlı problemlər yaranıb və nəticədə müəssisənin fəaliyyəti dayandırılıb. Lakin Baku Steel Company ona işi davam etdirməyə imkan verən bir sıra ehtiyatlara malikdir.

Digər məsələlərlə bağlı da şirkətlə danışıqlar davam edir. H.Babayevlə görüşündə şirkətin prezidenti Paolo Pərviz öz təkliflərini təqdim edib. Nazirin qeyd etdiyinə görə, bu təkliflər nəzərdən keçiriləcək və onlar barədə qərar çıxarılacaq. Eyni zamanda, xammalın dəyəri ilə bağlı məsələlərə də toxunulub.

Xəbər lenti

Xəbər lenti