...

Tarif şurası nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı təklifləri nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2006 18:32 (UTC +04:00)

Gələn həftə Tarif şurası bəzi neft məhsulu növlərinin pərakəndə qiymətinin artırılması ilə bağlı olaraq nəqliyyatda gediş haqlarının artırılmasına dair təkliflərə baxacaq. Bu barədə Trend ə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

Nazir qeyd edib ki, hazırda hesablamalar aparılıb və bunlarla göstərilib ki, nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciətdə göstərilmiş bəzi məqamlar düzgün deyil. Nazirin sözlərinə görə, buna görə də yəqin ki, Tarif şurası gediş haqlarının artırılması məsələsi ilə bağlı mənfi qərar qəbul edəcək.

Xüsusilə, şəhər nəqliyyatında 500 köhnə manat dəyərində gediş haqları dizel yanacağının qiymətinin artırılmasına baxmayaraq tamamilə həqiqətə uyğundur.

Xəbər lenti

Xəbər lenti