...

Azərbaycanın dövlət büdcəsinə kiçik özəlləşdirmədən 95,6 mln. AZN daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2006 15:55 (UTC +04:00)

2005-ci il ərzində 1600-dan çox kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib. Trend dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsinin məlumatına istinadən bildirir ki, bu dövr ərzində dövlət büdcəsinə özəlləşdirmədən 54,3 mlrd. manat (10,9 mln. AZN) daxil olub.

Bütövlükdə, Azərbaycanda özəlləşdirmə başlanandan bu günədək özəl mülkiyyətçiliyə 33 min dövlət müəssisəsi və obyekti verilib. Bunun nəticəsində xəzinəyə 478,2 mlrd. manat (95,6 mln. AZN) köçürülüb.

Aparılan tədbirlər çərçivəsində 90 torpaq sahəsi özəlləşdirilib ki, bu da dövlət büdcəsinə 15,8 mlrd. manat (3,2 mln. AZN) köçürülməsini təmin edib. Bütövlükdə, bu günədək 1100 torpaq sahəsi özəlləşdirilib ki, bundan da xəzinə 61,7 mlrd. manat (12,3 mln.AZN) alıb.

Xəbər lenti

Xəbər lenti