...

Azərbaycan üçün OECD reytinqinə yenidən baxılması məsələsinin nəzərdən keçirilməsi daha yarım il müddətə təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2006 18:20 (UTC +04:00)

İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının (OECD) versiyası ilə Azərbaycanın reytinqinə yenidən baxılması məsələsi qeyri-müəyyən müddətə təxirə salınıb. Azərbaycan investisiya və ixracın təşviqi fondunun prezidenti Emil Məcidov Trend ə bildirib ki, həmin məsələ OECD üzvü ölkələrinin kredit agentliklərinin yanvarın ortalarında Parisdə keçirilmiş növbəti iclasında qaldırılmalı idi. Amma texniki səbəblərdən Azərbaycan nümayəndə heyəti həmin iclasda iştirak edə bilməyib. İndi qəraradək yarım il gözləmək lazımdır, çünki agentliklərin görüşü hər yarım ildən bir keçirilir.

Hələlik Azərbaycan OECD versiyası ilə II dərəcə reytinqini tutur. Ölkə reytinqinin ən azı II dərəcəyədək, bəlkə daha yüksək dərəcəyədək yüksəldilməsində iddialıdır. "Hələ texniki məsələlər də vardır - təşkilat bir dəfəyə 2 bənd yüksəltməyə razı olacaqmı. Amma ölkənin maliyyə göstəricilərinə (xarici borcun vəziyyəti) baxılarsa, onda biz II dərəcənin alınmasını qəti nəzərdə tuta bilərik" -deyə E.Məcidov qeyd edib.

Ölkə və özəl sektor üçün xarici maliyyələşdirməyə çıxış OECD reytinqinin yüksəldilməsindən asılıdır. Hələlik bu, ən aşağı qiymətdir. Azərbaycan artıq üç ildir ki, qiymətə yenidən baxılması ilə bağlı iş aparır.

Xəbər lenti

Xəbər lenti