...

Bakıda ATƏT-in iştirakçı dövlətlərinin nəqliyyat üzrə hazırlıq konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 12:55 (UTC +04:00)

Martın 15-16-da Bkaıda ATƏT-in üzv ölkələrinin nəqliyyat üzrə II hazırlıq konfransı keçiriləcək. Konfransda təşkilat ölkələrinin nəqliyyat sektorunda təhlükəsizlik, ekologiya və mövcud vəziyyətlə bağlı məsələləri müzakirə etmək nəzərdə tutulub. Bu barədə Trend ə TRACECA hökumətlərarası katiblikdən məlumat verilib.

Görüş çərçivəsində, həmçinin, ATƏT ölkələrinin nəqliyyat üzrə əsas konfransının keçirilmə yeri və vaxtı müəyyənləşdiriləcək.

Nəqliyyat üzrə birinci hazırlıq konfransı noyabrın 7-8-də Düşənbədə (Tacikistan) keçirilib. Bu konfransda TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev və ölkənin Nəqliyyat nazirliyinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti