...

Ödənişlərin kartoçka sisteminə keçid TRACECA ilə daşınmaların həcmini artırmağa imkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 14:02 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycanın gömrük sistemi ödənişlərin kartoçka sisteminə kecəcək ki, bu da sərhəddən keçid sistemini sadələşdirəcək. Bu da TRACECA nəqliyyat dəhlizi vasitəsilə yük axınının artmasına təsir edəcək. Bu barədə Trend ə təşkilatın Bakıdakı hökumətlərarası katibliyindən məlumat verilib.

Hazırda Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) gürcü gömrükçüləri və Almaniyanın Dornier System Consult (hökumətlərarası katibliyin institusional inkişaf və ticarətə yardım layihəsi çərçivəsində işlərinin əlaqələndiricisi) Gürcüstan Azərbaycan sərhəddindən keçidin sadələşdirilməsi layihəsini işləyib hazırlayır.

Əvvəlcə layihə yalnız TIR sistemi çərçivəsində avtomobillər üçün nəzərdə tutlumuşdu. TIR sistemi sürücülərə onların gömrük rüsumlarından, tranzit ölkə gömrüklərində toplamalardan və yüklərə baxışdan azad olmasına imkan verən Cornet-TIR vahid zəmanət kitabçasının təqdim edilməsini nəzərdə tutur.

Daha sonralar layihənin genişləndirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti